Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
438
12. Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!"
13. De: "Əgər Rəbbimə asi olsam. . , doğrusu, böyük günün (müdhiş günün, qiyamətin)
əzabından qorxuram!"
14. De: "Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik
qoşmadan) tapınıram!
15. Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər (axirəti əldən
verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana
uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!"
16. Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini
bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!
17. Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf
qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!
18. O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar.
Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!
19. (Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib
olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?!
20. Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin
yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və’didir. Allah
və’də xilaf çıxmaz!
21. (Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki
bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o
(əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər.
Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!
22. Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan
kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü
(qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay
qəlbləri Allahın zikrinə (Qur’ana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-
aydın azmışlar.
23. Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri,
əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi.
|