arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
436
.
39
.
əz-Zumər
(Zümrələr) surəsi
(Məkkədə nazil olmuşdur, 75 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!
2. (Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz
Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha
ixlasla tapın!)
3. Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub
(bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün
ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində
(qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni
doğru yola müvəffəq etməz!
4. Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən
mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz.
Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan,
(hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır!
5. (Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü
də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram
(bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək
Bizim email:
Dostları ilə paylaş: |