Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə413/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   409   410   411   412   413   414   415   416   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

426 



150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!  

151. Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:  

152. "Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)". Onlar, həqiqətən, 

yalançıdırlar!  

153. Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü 

tutmuşdur?!  

154. Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?  

155. Heç düşünürsünüz?!  

156. Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!  

157. Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!  

158. (Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) 

arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü 

deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.  

159. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır!  

160. Allahın müslis (mö’min) bəndələri isə istisnadır.  

161. (Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz  

162. Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;  

163. Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!  

164. (Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) "Bizdən (mələklərdən) elə birisi 

yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!  

165. Həqiqətən, biz səf-səf dururuq.  

166. Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik.  

167. (Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər:  

168. "Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin