Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
423
99. (İbrahim oddan xilas olduqdan sonra) dedi: "Mən Rəbbimə doğru (Allahın mənə
buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"
100. (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə
salehlərdən olan (bir övlad) bəxş et!"
101. Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
102. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda
(İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə)
nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim
səbirlilərdən olduğumu görəcəksən!"
103. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban
kəsmək üçün) üzüstə yerə yıxdığı zaman
104. Biz ona belə xitab etdik: "Ya İbrahim!
105. Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!" (Sənə
yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun
yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
106. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.
107. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.
108. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
109. (Onu belə yad edirlər: ) "İbrahimə salam olsun!"
110. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
111. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
112. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.
113. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər
ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!
114. Biz Musa və Haruna da ne’mət (peyğəmbərlik) bəxş etdik.
|