Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
422
80. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
81. Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi!
82. Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq.
83. Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi.
84. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi.
85. Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz?
86. Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz?
87. Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" (Onun ruzisini yeyib bütlərə
tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz?!)
88. (İbrahim) ulduzlara bir nəzər saldı.
89. Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!"
90. (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün
qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər.
91. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: "Məgər
(yanınızda olan bu təamları) yeməyəcəksiniz?
92. Sizə nə olub ki, danışmırsınız?"
93. Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
94. (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
95. (İbrahim onlara) dedi: "Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
96. Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"
97. Onlar dedilər: "Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub)
özünü də oda atın!"
98. Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir
vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
|