Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
420
44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
45. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi
axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır.
46. Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin).
47. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı,
süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar.
48. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr
olacaqdır.
49. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış,
ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər).
50. Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə)
başlayacaqlar.
51. Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi.
52. O deyirdi: "Sən, doğrudan da, inanmırsan ki,
53. Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual
olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?"
54. (Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda
olduğunu) bilirsinizmi?" (Onlar: "Xeyr", - deyə cavab verəcəklər).
55. O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək
56. Və (ona üz tutub) deyəcəkdir: "Allaha and olsun ki, sən az qala məni (yoldan
çıxardıb) məhv edəcəkdin!
57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım!
58. Biz artıq ölməyəcəyik, elə deyilmi?
59. (Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!"
60. Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)!
|