arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
425
134. (Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman)
onu və bütün ailəsini xilas etdik.
135. Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!
136. Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.
137. Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;
138. Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?
139. Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
140. (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və
adamla) dolu bir gəmiyə qaçmışdı.
141. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən
olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də
sərnişinlər: "Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır", - demişdilər. Kölənin
kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə
atmağa məcbur olmuşdu).
142. (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən
(dənizə atılarkən) balıq onu udmuşdu.
143. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
144. Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.
145. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.
146. Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı)
bitirdik.
147. Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
148. Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək
(ömürlərinin axırına kimi) gün-güzəran verdik.
149. (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: "Deməli, qızlar sənin Rəbbinin,
oğlanlar isə onların özlərinindir, eləmi?"
|