Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
464
36. Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət
mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə
təvəkkül edərlər;
37. O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə)
qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;
38. O kəslər üçün ki, Rəbbinin də’vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini
öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda)
sərf edərlər.
39. Və o kəslər üçün ki, onlar zülmə (təcavüzə) mə’ruz qaldıqda (həddi aşmadan)
intiqam alarlar (zalımdan zülmü müqabilində əvəz çıxar, caniyə də etdiyi cinayətin
cəzası nədirsə, onu verərlər).
40. Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik
edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O,
zalımları sevməz!
41. Zülmə mə’ruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza
verilməz (onların heç bir günahı yoxdur, uğradıqları haqsızlığın əvəzini çıxmışlar).
42. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad
törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!
43. Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox
bəyənilən əməllərdəndir!
44. Allahın yoldan çıxartdığı kimsəyə (Allahın) Özündən başqa yol göstərən olmaz. (Ya
Peyğəmbər!) Sən zalımları əzabı gördükləri zaman: "(Pərvərdigara!) məyə dünyaya
qayıtmağa) bir yol varmıdır?" - deyən görəcəksən.
45. Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən
boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını
görəcəksən. İman gətirənlər deyəcəklər: "Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü
özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!" Bilin ki, zalımlar
(kafirlər) daimi əzab içində olacaqlar.
46. Onlara Allahdan başqa yardım edəcək (Allahın əzabından qurtara biləcək) dostlar
tapılmayacaqdır. Allahın (öz pis əməlinə, çirkin e’tiqadına görə) zəlalətə saldığı kimsə
üçün (haqqa dönüb qayıtmağa) heç bir yol olmaz!
|