Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
472
70. Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!"
71. (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək)
dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey
olacaqdır. Siz orada əbədi qalacaqsınız!
72. Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz
Cənnətdir!
73. Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz!
74. Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində
qalacaqlar.
75. Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən
üzmüş olacaqlar!
76. Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).
77. Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy
Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz
(həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!
78. (Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır: ) "Biz sizə haqqı
gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı".
79. Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də
(onlara əzab verməklə) düzgün iş görürük!
80. Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını
eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini)
yazırlar!
81. (Ya Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi
mən olaram!
82. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən
tamamilə uzaqdır!"
83. (Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana
qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!
|