Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
509
42. O, qarşısına çıxan heç bir şeyi buraxmır, onu sovurub külə (çör-çöpə) döndərirdi.
43. Səmudun (Səmud qövmünün) başına gələnlərdə də (bir ibrət dərsi vardır). O zaman
onlara: "Hələ bir müddət (üç gün) kef çəkib ləzzət alın!" - deyilmişdi.
44. Onlar öz Rəbbinin əmrinə (tabe olmağa) təkəbbür göstərmiş və onları gözləri baxa-
baxa ildırım vurmuşdu.
45. Onların nə (yıxıldıqları yerdən) qalxmağa gücləri çatmış, nə də (bir kimsədən
özlərinə) kömək istəyə bilmişdilər (yaxud nə də özlərinə cəza verəndən intiqam ala
bilmişdilər).
46. Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar (Allahın itaətindən çıxmış)
fasiqlər idilər.
47. Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi
yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu
genişləndirməkdəyik).
48. Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl
döşəyənlərik!)
49. Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir
düşünüb ibrət alasınız!
50. (Ya Rəsulum! Bu insanlara de: ) "Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun
mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-
aşkar qorxudan bir peyğəmbərəm!
51. Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından)
açıq-aşkar qorxudan bir peyğəmbərəm!"
52. (Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də
onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər.
53. Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni
şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər!
54. (Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki
sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin).
|