arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
512
14. (Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm
odudur!
15. (Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun
həqiqət olduğunu) görmürsünüz?
16. Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə
qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!"
17. Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar.
18. Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları
cəhənnəm əzabından qorumuşdur.
19. (Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində
nuşcanlıqla yeyin-için;
20. Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə
evləndirəcəyik.
21. İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə)
özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz
əməlinin girovudur!
22. Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik.
23. Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının
xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.
24. Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci
kimi gözəl oğlanlar dolanacaqlar.
25. Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa
başlayacaqlar.
26. Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində
olarkən (Rəbbimizin əzabından) qorxardıq.
27. Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum)
əzabından qorudu.
|