Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
514
43. Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları
şəriklərdən tamamilə uzaqdır!
44. Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!"
- deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
45. Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!
46. O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf
edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
47. Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində)
əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
48. (Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim
gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-
səna ilə zikr et!
49. Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh
çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları
qıl!)
Bizim email:
Dostları ilə paylaş: |