Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə502/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   498   499   500   501   502   503   504   505   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

516 



13. And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir 

dəfə də (me’rac vaxtı) görmüşdü;  

14. (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.  

15. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır.  

16. O zaman Sidrəni nələr bürümüşdü, nələr!  

17. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).  

18. And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən 

(mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, 

Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü.  

19. (Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?!  

20. Digər üçüncü (büt) olan Mənat da həmçinin?!  

21. Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)?!  

22. Elə isə bu ədalətsiz bölgüdür!  

23. Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa 

heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah 

onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız 

zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu 

göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir.  

24. Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin 

çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə 

bilməzlər).  

25. Axirətdə, dünya da ancaq Allahındır!  

26. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq 

Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən 

sonra (onun şəfaəti fayda verər).  

27. Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia 

edərək) qadın adları verirlər.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   498   499   500   501   502   503   504   505   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin