arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
526
12. (Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli
çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.
13. (Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya
bilərsiniz?!
14. İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
15. (Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
16. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
17. İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı
yerlərin sahibi) Odur.
18. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb
buraxdı).
20. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən
edilmiş həddi aşmazlar).
21. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
22. Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
23. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
24. Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
25. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
26. (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
27. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
28. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
29. Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O
hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm
|