Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
527
edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə
məşğul olmaq Onu digərindən yayındırmaz).
30. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
31. Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və
insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq
çəkəcəyik).
32. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa
bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi
elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa
bilərsiniz ki, bu da sizdə yoxdur!)
34. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
35. (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək
(başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə
bilməyəcəksiniz.
36. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
37. (Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi
qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!
38. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
39. O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol
ancaq Cəhənnəmdir!)
40. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
41. Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən)
tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud
arxadan ayaqlarına bənd ediləcəkdir).
42. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
43. (Onlara belə deyiləcəkdir: ) "Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!"
|