Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə512/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   508   509   510   511   512   513   514   515   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

528 



44. Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar.  

45. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

46. Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) 

qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir!  

47. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

48. (O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir).  

49. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

50. Orada (o cənnətlərdə) iki axar bulaq vardır.  

51. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

52. Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır 

(mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər).  

53. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

54. Onlar (mö’minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. 

O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö’minlər harada olsalar, ağaclar 

onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, 

uzananda da dərib yeyə biləcəklər).  

55. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

56. Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç 

bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır.  

57. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

58. Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.  

59. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

60. Yaxşılıq əvəzi ancaq yaxşılıqdır!  

61. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   508   509   510   511   512   513   514   515   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin