53. Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!
54. Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
525
.55
.
ər-Rəhman
(Rəhmli olan Allah) surəsi
(Məkkədə nazil olmuşdur, 78 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Rəhman! (Mərhəmətli olan Allah!)
2. (Öz peyğəmbərinə) Qur’anı öyrətdi.
3. İnsanı yaratdı.
4. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
5. Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
6. Otlar da, ağaclar da (Allaha) səcdə edər!
7. Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
8. Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
9. Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)
10. Yeri də (bütün) məxluqat üçün O döşədi.
11. Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;