Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
529
62. Onlardan (o iki cənnətdən) başqa (mö’minlər üçün) daha iki cənnət (Firdovs və
Mə’va cənnətləri) vardır.
63. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
64. (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).
65. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
66. Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.
67. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
68. Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.
69. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
70. Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar
vardır.
71. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.
73. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.
75. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
76. Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud
yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.
77. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
78. (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır
(nə qədər uludur)!
Bizim email:
Dostları ilə paylaş: |