Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə513/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   509   510   511   512   513   514   515   516   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

529 



62. Onlardan (o iki cənnətdən) başqa (mö’minlər üçün) daha iki cənnət (Firdovs və 

Mə’va cənnətləri) vardır.  

63. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

64. (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).  

65. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

66. Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır.  

67. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

68. Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır.  

69. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

70. Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar 

vardır.  

71. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.  

73. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.  

75. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

76. Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud 

yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.  

77. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!  

78. (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır 

(nə qədər uludur)!  

 

 



 


Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin