arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
537
yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində)
sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin - bu
sizin üçün daha yaxşıdır!)
9. Sizi zülmətlərdən nura (küfrdən imana) çıxartmaq üçün Öz bəndəsinə (Muhəmməd
əleyhissəlama) açıq-aşkar ayələr nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir!
10. (Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz?
Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub
gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən
(Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı)
vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra
sərf edib döyüşənlərdən dərəcə e’tibarilə daha üstündürlər. Bununla belə, Allah onların
hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və’d
buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
11. Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-
qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat
(Cənnət) gözləyir!
12. O gün (qiyamət günü, ya Peyğəmbər!) mö’min kişilərin və qadınların (səmimi
e’tiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman)
nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö’lə saçdığını (qıl körpüsü
üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) "Bu gün
sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi
qalacaqsınız!" Bu, böyük qurtuluşdur (uğurdur)!
13. O gün münafiq kişi və qadınlar iman gətirənlərə: "(Bizi bir az) gözləyin ki,
nurunuzdan bir qədər işıq alaq!" - deyəcəklər. (Onlara istehza ilə) belə cavab
veriləcəkdir: "Geriyə dönüb işıq axtarın!" (Bu sözlərdən sonra) onların (mö’minlərlə
münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan
bir sədd çəkiləcəkdir.
14. (Münafiqlər divarın içəri tərəfində olan mö’minləri) səsləyib deyəcəklər: "Məgər biz
(dünyada) sizinlə birlikdə deyildikmi?!" (Mö’minlər) belə cavab verəcəklər: "Bəli
(bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız
(fitnəyə salıb məhvə düçar etdiniz), siz (mö’minlərin başına bir fəlakət gəlməsini)
gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin
həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar
|