Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
539
22. Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu
yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün
çox asandır!
23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib
qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi
sevməz!
24. O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim
(Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər).
Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tə’rifə) layiqdir! (Onun bütün əməlləri
bəyəniləndir!)
25. And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik.
Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət)
nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm
olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mə’dənlərdən çıxartdıq) ki,
Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri
(dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin.
Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
26. And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və
kitabı (Tövratı, Zəburu, İncili və Qur’anı) onların nəslinə verdik. Onlardan doğru yolda
olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir!
27. Sonra onların ardınca (Musa, İlyas, Davud, Süleyman, Yunis və başqa)
peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil
verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar
özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib
buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə
əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Muhəmməd
əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin mükafatlarını
verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir.
28. Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah)
sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur
bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!
29. (Muhəmməd əleyhissəlama iman gətirməyən) kitab əhli bilsin ki, onlar Allahın
lütfünə (mərhəmətinə, dilədiyi kimsəyə peyğəmbərlik əta etməsinə) heç bir vəchlə
|