Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə531/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   527   528   529   530   531   532   533   534   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

549 



 

 

 



.

60

.  


əl-Mumtəhinə

  

(İmtahana çəkilən qadın) surəsi  

(Mədinədə nazil olmuşdur, 13 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) 

tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar 

etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz 

olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. 

Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa 

(Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq 

üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi 

(bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə 

(düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!  

2. Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə 

pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.  

3. Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-

əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-

birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!  

4. İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman 

onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa 

ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. 

Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət 

olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin 

bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara 

bilmərəm (mənim bacardığım yalnız budur)!" - deməsi istisnadır (bunda sizin üçün 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   527   528   529   530   531   532   533   534   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin