Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
545
.
59
.
əl-Həşr
(Toplanma) surəsi
(Mədinədə nazil olmuşdur, 24 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deyər. O,
yenilməz qüvvət sahibi, hikmət sahibidir!
2. Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın
peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz
yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey mö’minlər!) Siz onların (öz
yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan
(Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara
gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri,
həm də mö’minlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir
qəbiləsinin başına gələnlərdən) ibrət alın!
3. Əgər Allah onlara (yurdlarından çıxardılıb) sürgün olunmağı hökm etməsəydi, onları
dünyada mütləq (başqa bir) əzaba düçar edərdi. Axirətdə isə onları cəhənnəm əzabı
gözləyir!
4. Bu onların Allaha və Onun Peyğəmbərinə asi olmalarına görədir. Kim Allaha asi olsa
(bilsin ki), Allahın cəzası çox şiddətlidir!
5. (Ey mö’minlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz,
yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir. Və bu
(Allahın öz Rəbbinə asi olan) fasiqləri rüsvay etməsi üçündür.