Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
543
(əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir
şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir!
13. Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən
qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da
tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə
itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!
14. (Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı
(yəhudiləri) özlərinə dost tutduqlarını (mö’min müsəlmanların sirlərini onlara
verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin
riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri
barədə) yalandan and içirlər.
15. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də
pisdir!
16. Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları
alçaldıcı bir əzab gözləyir.
17. Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından)
qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.
18. Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi,
Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin
ki, onlar əsl yalançıdırlar!
19. Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar
Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana
uğrayanlardır!
20. Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr
içərisində olacaqlar!
21. Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" -
deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!
22. (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun
Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar
belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə
iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta
|