Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
538
(tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər,
sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!
15. (Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın
bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə
yaraşan odur. Ora necə də pis sığınacaqdır!"
16. İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Qur’an) üçün
yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr
(yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun
bir müddət keçmiş və (öyüd-nəsihəti unutduqları üçün) qəlbləri sərtləşmişdir. Onların
çoxu (Allaha asi olan) fasiqlərdir!
17. (Ey insanlar!) Bilin ki, Allah torpağa öldükdən sonra təzədən can verir. Biz ayələri
sizə belə müfəssəl izah etdik ki, bəlkə, ağlınız başınıza gəlsin!
18. Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə)
borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də cox
qiymətli bir mükafat (Cənnət) gözləyir!
19. Allaha və peyğəmbərinə iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında olan
siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz
mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub
ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.
20. (Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin
qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir
yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o
quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən.
(Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə)
Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir
şey deyildir.
21. (Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi
qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış
Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu,
Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf
(mərhəmət) sahibidir!
|