arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
531
13. (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən),
14. Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir).
15. (Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq,
16. Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər.
17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;
18. (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə.
19. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər.
20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr
21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).
22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.
23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış)
incidirlər.
24. Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar.
25. Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər.
26. Eşitdikləri söz ancaq "salam" olacaqdır.
27. Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf
sahibləri?
28. (Onlar) tikansız sidr ağacları,
29. Salxım-salxım sallanmış möüz (banan) ağacları altında;
30. Çəkilməyən (daimi) kölgəliklərdə;
31. Axar su kənarında;
32. Bol meyvələr -
Bizim email:
Dostları ilə paylaş: |