arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
534
71. Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz?
72. Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?
73. Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan
müsafirlərin faydalanması üçün yaratdıq.
74. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
75. Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki -
76. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz -
77. (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır.
78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud
lülələnib bükülmüş kağızlardadır).
79. Ona yalnız pak olanlar toxuna bilər!
80. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81. İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?)
82. Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz?
83. (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman
84. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir).
85. Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
86. Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab
çəkilməyəcəksə,
87. Və əgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru
deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?!
88. Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın
olanlardandırsa,
89. (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!
Bizim email:
Dostları ilə paylaş: |