Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə526/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   522   523   524   525   526   527   528   529   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

543 



(əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir 

şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir!  

13. Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən 

qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da 

tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə 

itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!  

14. (Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı 

(yəhudiləri) özlərinə dost tutduqlarını (mö’min müsəlmanların sirlərini onlara 

verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin 

riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri 

barədə) yalandan and içirlər.  

15. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də 

pisdir!  

16. Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları 

alçaldıcı bir əzab gözləyir.  

17. Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından) 

qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.  

18. Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, 

Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin 

ki, onlar əsl yalançıdırlar!  

19. Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar 

Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi - məhz onlar ziyana 

uğrayanlardır!  

20. Allahın və Onun Peyğəmbərinin əleyhinə çıxanlar (Cəhənnəmdəki) ən zəlil kimsələr 

içərisində olacaqlar!  

21. Allah (lövhi-məhfuzda): "And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!" - 

deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!  

22. (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun 

Peyğəmbəri əleyhinə çıxanlarla - öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar 

belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə 

iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin