istədiyinə bəxş edər. Allah çox böyük lütf (kərəm) sahibidir! [Və ya: kitab əhli Allahın
lütfündən heç bir şeyə nail olmayacaqlarını, həqiqətən, lütfün (mərhəmətin) Allahın
əlində olduğunu, Allahın da onu istədiyi kimsəyə bəxş etdiyini bilmədikləri üçünmü
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
541
.
58
.
əl-Mücadələ
(Mücadilə) surəsi
(Mədinədə nazil olmuşdur, 22 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən
qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi)
eşidəndir, (hər şeyi) görəndir!
2. Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları
deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan
söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.
3. Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən
dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad
etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən
xəbərdardır!
4. Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər
oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin
Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir
(onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!