arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
542
5. Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar, özlərindən əvvəlkilər nə cür rüsvay
olmuşlarsa, o cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın haqlı olmasını
sübut edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir!
6. Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir.
Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah
hər bir şeyə şahiddir!
7. (Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa,
(hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın
altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də
onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər
verəcəkdir. Allah hər şeyi biləndir!
8. (Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan
olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz
aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına
gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır ("əssəlamu əleykə" əvəzinə
"əsammu əleykə - sənə ölüm olsun!" - deyərək guya salam verir) və ürəklərində: "(Əgər
Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar
etmir?" - deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis
qayıdış yeridir!
9. Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və
Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq
barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!
10. Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma
(pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan
əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə
bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!
11. Ey iman gətirənlər! Sizə: "Məclislərdə (mö’min qardaşlarınıza) yer verin!" - deyildiyi
zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə:
"Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş
edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!
12. Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız
zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu
|