Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə528/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   524   525   526   527   528   529   530   531   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

546 



6. (Ey mö’minlər!) Allahın onların (Bəni Nəzər qəbiləsinin) mallarından Öz 

Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. 

Lakin Allah Öz peyğəmbərini istədiyi kimsələr üzərində hakim edər. Allah hər şeyə 

qadirdir!  

7. Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) 

verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-

əqrabaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) 

məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında 

əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə 

nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. 

Həqiqətən, Allahın cəzası çox şiddətlidir.  

8. (Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, 

Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar 

(imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!  

9. Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd 

əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) 

mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) 

duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah 

tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz 

onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!  

10. Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey 

Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim 

qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, 

həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"  

11. (Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: "Əgər (siz öz 

yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin 

əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö’minlər) sizinlə 

vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!" - deyən münafiqləri görmədinmi? Allah 

onların xalis yalançı olduğuna şahiddir!  

12. And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, 

(münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar. Əgər (mö’minlər) onlarla 

vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) 

onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib qaçar, sonra 

da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   524   525   526   527   528   529   530   531   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin