arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
549
.
60
.
əl-Mumtəhinə
(İmtahana çəkilən qadın) surəsi
(Mədinədə nazil olmuşdur, 13 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli)
tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur’anı, Muhəmməd əleyhissəlamı) inkar
etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz
olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar.
Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa
(Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq
üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi
(bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə
(düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!
2. Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə
pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
3. Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-
əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-
birinizdən ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
4. İbrahim və onunla birlikdə olanlar (mö’minlər) sizin üçün gözəl örnəkdir. O zaman
onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa
ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik.
Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət
olacaqdır!" Ancaq İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin
bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara
bilmərəm (mənim bacardığım yalnız budur)!" - deməsi istisnadır (bunda sizin üçün
|