arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
557
6. Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah
onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
7. Onlar: "Allahın Peyğəmbəri yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" -
deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin
münafiqlər (bunu) anlamazlar.
8. Onlar: "Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən
şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri),
əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də)
yalnız Allaha, Onun Peyğəmbərinə və mö’minlərə məxsusdur, lakin münafiqlər (bunu)
bilməzlər!
9. Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən
yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana
uğrayanlardır.
10. Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib
salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda)
xərcləyin.
11. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən
xəbərdardır!
Bizim email:
Dostları ilə paylaş: |