Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
565
.
67
.
əl-Mulk
(Mülk və ya hakimiyyət) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər
şeyə qadirdir!
2. Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı
yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.
3. Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın
yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç
orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!
4. Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun
düşərək yenə də sənə tərəf qayıdacaqdır!
5. And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla)
bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-
yaxan alovlu atəş əzabı hazırladıq.
6. Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir!
7. Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli
uğultusunu eşidəcəklər!
Bizim email:
Dostları ilə paylaş: |