arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
573
11. Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz
daşıdıq.
12. Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət
dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda
saxlasın!
13. Sur bircə dəfə üfürüləcəyi;
14. Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman
-
15. Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
16. Və (göy) süst düşüb parçalanacaqdır!
17. Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün
(ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk
daşıyacaqdır!
18. O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz.
Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
19. Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: "Alın, əməl dəftərimi oxuyun!
20. Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm)
inanmışdım!"
21. Bundan belə o, xoş güzəran içində,
22. Yüksək bir Cənnətdə olacaqdır.
23. (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə
olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
24. (Onlara belə deyiləcəkdir: ) "Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində
yeyin-için!"
25. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: "Kaş əməl dəftərim mənə
verilməyəydi!
26. Hesabımın nə olduğunu bilməyəydim!
Bizim email:
Dostları ilə paylaş: |