arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
576
.
70
.
əl-Məaric
(Dərəcələr, yaxud Pillələr) surəsi
(Məkkədə nazil olmuşdur, 44 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi)
barədə soruşdu.
2. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
3. (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
4. Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min
il olan bir gündə qalxarlar.
5. (Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq
keçirmədən) səbr et!
6. Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
7. Biz isə onu yaxın görürük (ona inanırıq).
8. O gün göy göyərmiş mis kimi olacaq;
9. Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
10. Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
Bizim email:
Dostları ilə paylaş: |