arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
578
30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla
qınanmazlar;
31. Bundan artığını istəyənlər isə həddi aşanlardır;
32. O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
33. O kəslər ki, düzgün şəhadət verərlər
34. Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
35. Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
36. (Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf
tələsirlər?
37. Sağdan və soldan dəstə-dəstə gəlirlər?
38. Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
39. Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə
natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e’tiqadı, imanı olmasa, bu vecsiz maddənin
nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün
başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu
yalnız budur!)
40. Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
41. Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha
müt’i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə
bilməz! (Bizə mane ola bilməz!)
42. Elə isə (ya Peyğəmbər!) qoy onlar və’d olunduqları günə qovuşanadək (batil
əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
43. O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi
qəbirlərdən tez-tələsik çıxacaqlar.
44. Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara
və’d olunmuş həmin qiyamət günüdür!
|