Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə562/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   558   559   560   561   562   563   564   565   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

580 



8. Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim.  

9. Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli 

bildirdim".  

10. Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə 

edən bəndəsinin günahlarını) çox bağışlayandır!  

11. O sizə göydən bol yağış göndərər;  

12. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar 

axıdar!  

13. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət 

və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz 

təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)  

14. Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış 

qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.  

15. Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə 

yaratdı?!  

16. Orada ayı bir nur, günəşi də bir çıraq etdi.  

17. Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.  

18. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.  

19. Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,  

20. Onun geniş yollarında gəzəsiniz!"  

21. Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə 

ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.  

22. (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.  

23. Və (tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, 

Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   558   559   560   561   562   563   564   565   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin