Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə552/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   548   549   550   551   552   553   554   555   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

570 



30. Onlar bir-birini danlamağa başladılar.  

31. Və dedilər: "Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.  

32. Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını 

versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!"  

33. (Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!  

34. Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim 

cənnətləti gözləyir!  

35. Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!  

36. (Ey kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi, 

axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia 

edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?  

37. Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!  

38. Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!  

39. Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək 

davam edəcək əhd almısınız?!  

40. (Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?  

41. Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları 

barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy 

şəriklərini gətirsinlər!  

42. İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, 

qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) 

də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.  

43. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar 

(dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular.  

44. (Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz onları 

özləri də bilmədən tədriclə əzaba giriftar edərik.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   548   549   550   551   552   553   554   555   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin