arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
566
8. O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora
(Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın
əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar.
9. Onlar deyəcəklər: "Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi.
Amma biz (onu) yalançı sayıb demişdik: "Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz
sadəcə olaraq (haqdan) çox azmısınız!"
10. Onlar: "Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza
yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!" - deyəcək,
11. Və beləcə öz günahlarını e’tiraf edəcəklər. Məhv olsun cəhənnəm əhli!
12. Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir
mükafat gözləyir!
13. (Ey insanlar!) İstər sözünüzü gizli saxlayın, istər açıq deyin (heç bir fərqi yoxdur).
(Allah) ürəklərdə olanları biləndir!
14. Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə
qədər biləndir, (hər şeydən) xəbərdardır!
15. Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən
yeyin. Axır dönüş də Onadır!
16. (Ey insanlar!) Göydə olanın (Allahın) yer hərəkətə gəlib çalxalandığı zaman sizi
onun dibinə batırmayacağına əminsinizmi?!
17. Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə
arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq
biləcəksiniz.
18. Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib
etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar
etməyim) necə oldu.
19. Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq)
uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır.
Həqiqətən, O, hər şeyi görəndir!
|