Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
564
Allah, Cəbrail, əməlisaleh mö’minlərdir. Bunlardan sonra da mələklər onun
yardımçısıdır).
5. Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr -
müsəlman, mö’min, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə
qızlar versin!
6. Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun
yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara
verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə
rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).
7. (Kafirlər cəhənnəm oduna atıldıqları zaman onlara belə deyiləcəkdir: ) "Ey kafir
olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərin
cəzasını çəkəcəksiniz!"
8. Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə)
tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları)
altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla
birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara
yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şö’lə saçarkən onlar belə
deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla.
Həqiqətən, Sən hər şeyə qadirsən!"
9. Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt
rəftar et. Onların məskəni Cəhənnəmdir. Ora necə də pis sığınacaqdır!
10. Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim
qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və
(Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara:
"(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!" - deyildi.
11. Allah iman gətirənlərə isə Fir’onun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O
zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - Cənnətdə bir ev tik. Məni
Fir’ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" - demişdi.
12. (Allah mö’min qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub
saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının
yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin
sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən
oldu.
|