Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
562
5. Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun
(günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.
6. Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız
çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb
getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin.
Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin
qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə,
onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu
deyillər). Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu
məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa
bir qadın əmizdirə bilər.
7. Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona
verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur
etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər.
8. Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz
də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.
9. Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.
10. Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan
qorxun! Allah sizin üçün Qur’an nazil etmiş,
11. Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq
üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər
göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (mö’minlərin) əbədi
qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona
gözəl ruzi əta etmişdir!
12. Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir
olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə,
(Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.
|