arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
558
.
64
.
ət-Təğabun
(Qarşılıqlı aldanma) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şə’ninə tə’riflər deyər. Hökm
Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
2. Sizin yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mö’min. Allah nə etdiklərinizi
görəndir!
3. O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi
də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun
hüzurunadır!
4. O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar da nə etdiyinizi də bilir.
Allah ürəklərdə olanları biləndir!
5. (Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi)
xəbəri sizə gəlib çatmadımı? Onlar öz gördükləri işlərin cəzasını dünyada daddılar.
Onları (axirətdə) şiddətli bir əzab gözləyir!
6. Çünki peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirir, onlar isə: "Məgər bizi doğu
yola (özümüz kimi adi) bir insanmı salacaqdır?!" - deyərək (o peyğəmbərləri) inkar edir
və (haqdan) üz döndərirlər. Allahın (onların ibadətinə) ehtiyacı yoxdur. Allah heç bir
şeyə möhtac deyildir. O, (hər cür) şükrə (tə’rifə) layiqdir!
7. Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya
Peyğəmbər!) De: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da
Bizim email:
Dostları ilə paylaş: |