arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
555
öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab
daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı
bacarmayan) ulağa bənzərlər. (Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olmasına
dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım
(kafir) qövmü doğru yola yönəltməz!
6. (Ya Peyğəmbər!) De: "Ey yəhudilər! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün
Allahın dostları olduğunuzu iddia edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda
(Allahdan) ölüm diləyin! (Çünki Allah dərgahındakı ne’mətlər, əbədi həyat övliyalara
ancaq öləndən sonra qismət olar).
7. Halbuki onlar (dünyada) öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə
heç vaxt (ölümü) diləməzlər. Allah zalımları (kafirləri) çox gözəl tanıyandır!
8. (Ya Peyğəmbər!) De: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz
gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada)
nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!
9. Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə
tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
10. Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi
diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə
qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
11. Onlar (mö’minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə
(minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De:
"Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi
verənlərin ən yaxşısıdır!" (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı
xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən
təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu
eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on
iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş
məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).
|