arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
569
12. Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;
13. Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -
14. O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!
15. Ayələrimiz ona oxunduğu zaman o: "(Bunlar) qədimlərin əfsanələridir!" - dedi.
16. Biz (tezliklə) onun burnuna damğa basacağıq!
17. Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə
mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun
meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
18. Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).
19. Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.
20. Və o (yanıb) qapqara qaraldı (külə döndü).
21. Onlar səhər qalxıb bir-birini belə səslədilər:
22. Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!"
23. Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:
24. "(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!"
25. Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər.
[Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü
sübh tezdən yola düzəldilər]
26. (Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: "Yəqin ki, (yolumuzu)
azmışıq!
27. Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!"
28. Onların ən ağıllısı (və insaflısı) dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis
etməli olduğunuzu demədimmi?!"
29. Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər.
Bizim email:
Dostları ilə paylaş: |