Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə551/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   547   548   549   550   551   552   553   554   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

569 



12. Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana;  

13. Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya -  

14. O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə!  

15. Ayələrimiz ona oxunduğu zaman o: "(Bunlar) qədimlərin əfsanələridir!" - dedi.  

16. Biz (tezliklə) onun burnuna damğa basacağıq!  

17. Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə 

mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun 

meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.  

18. Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).  

19. Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.  

20. Və o (yanıb) qapqara qaraldı (külə döndü).  

21. Onlar səhər qalxıb bir-birini belə səslədilər:  

22. Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!"  

23. Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:  

24. "(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!"  

25. Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. 

[Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü 

sübh tezdən yola düzəldilər]  

26. (Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: "Yəqin ki, (yolumuzu) 

azmışıq!  

27. Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!"  

28. Onların ən ağıllısı (və insaflısı) dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis 

etməli olduğunuzu demədimmi?!"  

29. Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər.  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   547   548   549   550   551   552   553   554   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin