arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
577
11. Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa
vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi
ki, fəda etsin (fidyə versin) öz oğullarını;
12. Övrətini və qardaşını;
13. (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
14. Və yer üzündə olanların hamısını - təki özünü (Allahın əzabından) qurtarsın!
15. Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
16. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).
17. Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
18. Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl
tutmayanı!)
19. Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
20. Ona bir pislik üz verdikdə fəryad qoparar.
21. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
22. Namaz qılanlar istisnadır!
23. O kəslər ki, daim namaz qılarlar;
24. O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -
25. Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;
26. O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
27. O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
28. Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından)
arxayın olmaq olmaz;
29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
Bizim email:
Dostları ilə paylaş: |