arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
574
27. Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
28. Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə
bilmədi).
29. Mülküm (səltənətim) də məhv olub getdi!"
30. (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın!
31. Sonra da Cəhənnəmə atın!
32. Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
33. Çünki o, böyük olan Allaha inanmırdı.
34. O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə
rəğbət oyatmırdı.
35. Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
36. İrindən başqa bir yeməyi də yoxdur.
37. Onu ancaq günahkarlar yeyər!"
38. And içirəm gördüklərinizə,
39. Və görmədiklərinizə ki,
40. Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın
Allahın ona nazil etdiyi) sözüdür!
41. O, şair sözü deyildir! Nə az inanırsınız!
42. O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
43. O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
44. Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi,
45. Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu
vurardıq)!
Bizim email:
Dostları ilə paylaş: |