arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
580
8. Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim.
9. Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli
bildirdim".
10. Və dedim: "(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə
edən bəndəsinin günahlarını) çox bağışlayandır!
11. O sizə göydən bol yağış göndərər;
12. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar
axıdar!
13. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət
və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz
təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
14. Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış
qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
15. Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə
yaratdı?!
16. Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
17. Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
18. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
19. Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,
20. Onun geniş yollarında gəzəsiniz!"
21. Nuh dedi: "Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə
ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
22. (Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
23. Və (tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi,
Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!"
|