arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
588
13. Yanında hazır duran oğullar (verdim);
14. Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına
döşədim).
15. (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
16. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.
17. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!
18. O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
19. Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).
20. Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
21. Sonra (qövmünün üzünə) baxdı.
22. Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.
23. Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
24. Və dedi: "Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!
25. Bu yalnız bəşər sözüdür!"
26. Biz onu Səqərə atacağıq (orada yandıracağıq).
27. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!
28. O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!
29. İnsanı yandırıb-yaxar!
30. Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.
31. Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq
kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi (çünki onların
kitablarında bu mələklərin sayı on doqquzdur), iman gətirənlərin imanının daha da
artması, kitab əhlinin və mö’minlərin (bununla əlaqədar Muhəmməd əleyhissəlam
barəsində) şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz (nifaq və şəkk mərəzi)
Bizim email:
Dostları ilə paylaş: |